19:19
(077) 610-22-33

7 yaş cavanlaşmağın QAYDALARI

  • >
689 30 Mart 2013 09:50 | Maraqlı

Amerikada yaşayan dünyaca məşhur türk həkim Mehmet Öz ev şəraitində 7 yaş cavanlaşmaq üçün sirləri açıqlayıb. AzNews.az qadınların marağını nəzərə alaraq həmin sirləri təqdim edir.

1. Qırışlar üçün sarı bibər – Bibər ancaq yeməklərə dad vermir, həm də dəriyə müsbət təsir göstərir. C vitamini ilə zəngin olan sarı bibəri yemək və üzə sürtmək yaxşı nəticə verir.

2. Yumurta - Aparılan araşdırmalar göstərib ki, yumurtadakı yağsız proteinlər cildin zədələnməsinin qarşısını alır.

4. Zədələnmiş dəri üçün arpa - Arpa dərinin günəşin zərərli şüalarından qorumaqda böyük yardımçıdır.

5. Ləkələr üçün somon balığı - Somon balığı dəridə ləkə və sızanaqların yaranmasının səbəblərini aradan qaldırır. Omeqa -3 baxımından zəngin olan somon balığı həm də çəhrayı rəng verən astaksantin adlı maddə ilə zəngindir. Bu maddə dərinin daha gənc görünməsini təmin edir.

6. Yastığınızı dəyişdirin - Yaşlanmamaq üçün yuxunun və necə yatmağın öz qaydası var. Arxası üstə yatmaq insanı qocalmaqdan qoruyur. Belə yuxu qaydasına alışmaq üçün dizlərinizin və boynunuzun altına bir yastıq qoyun.

7. Yuxu saatı – Daha gənc görünmək üçün təkcə neçə saat yatmaq yox, həm nə yuxunun zamanı çox önəmlidir. Yuxu saatının düzgün seçmədiyiniz təqdirdə yaranan bəzi hormonlar dəriyə zərər verir və yaşlandırır. Buna məruz qalmamaq üçün həmişə eyni saatda yatmağa və eyni saatda durmağa çalışın.

8. Yatmazdan əvvəl hərəkət edin - Həkimlər bundan əvvəl yuxudan əvvəlki hərəkətin yuxu üçün mənfi təsirindən danışırdılarsa, indi araşdırmalar bunun əksini göstərir. Yatmazdan əvvəl orta səviyyəli idman hərəkətləri bədən temperaturunu aşağı salmağa xidmət edərək daha yaxşı yatmağınızı təmin edəcək.

9. Üz yumaq – Üzü çox yumaq və bu zaman istifadə edilən məhsulların yanlış seçimi qırışları artırır. Bunun qarşısını almaq üçün hər gecə üzünüzü alfa-hidroksi əsaslı təmizləyicilərlə təmizləyin.

10. Evdə pilinq – Hər gecə üzünüzü təmzilədikdən sonra həftədə bir dəfə alfa-hidroksi asit cild pilinqiylə sifətinizi təmziləyin. Bu ölü hüceyrələri təmizləyərək dərinizin daha parlaq və sıx olmasını təmin edər. Bunun üçün apteklərdən tərkibində glikolik asit olan məhsullardan istifadə edin. Bu "əməliyyatın" sonunda hər gecə tərkibində seramit olan nəmləndiricidən istifadə edin.

Beləliklə əməliyyatlara böyük pullar xərcləmədən 7 yaş gənc görünə bilərsiz.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X