Xaçmazda yaşayan Nailə və Hava Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara sevgi və qayğı göstərdiyini, sığınacaq qurmaq arzusunun da o vaxtdan yarandığını deyir. Xaçmazda yaşayan Nailə və Hava Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara sevgi və qayğı göstərdiyini, sığınacaq qurmaq arzusunun da o vaxtdan yarandığını deyir.

Xaçmazlı bacılardan xeyirxah addım - Video

Xaçmazda yaşayan Nailə və Hava Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara sevgi və qayğı göstərdiyini, sığınacaq qurmaq arzusunun da o vaxtdan yarandığını deyir.

Rayonun Yergüc kəndində yerləşən sığınacaqda 100-dək it bəslənilir. İki ilə yaxındır ki, fəaliyyət göstərən bu məkan təkcə Xaçmazdakı yox, qonşu rayonlarda olan sahibsiz itlər üçün də nəzərdə tutulub. Əvvəllər köhnə fermanı icarəyə götürən könüllülər indi daha uyğun bir yerə köçüblər. Sığınacaqdakı itlərin əksəriyyəti bura ölümcül vəziyyətdə gətirilib və müalicə olunub.

Əvvəlcə valideynlərinin etirazı ilə qarşılaşan sığınacaq sahibləri bu təşəbbüslərindən əl çəkməyiblər. İndi isə onların valideynləri də bu sığınacağa gələrək itlərə qayğı göstərir. Könüllülərin dəstəyi ilə sığınacağa iki işçi də təyin olunub. Buradakı itlərə vaxtlı-vaxtında peyvəndlər vurulur, gündəlik olaraq normal qidalanmasına diqqət yetirilir.

Qonşu rayonlardakı könüllülər də bu sığınacağa maraq göstərir, sahibsiz itləri buraya gətirir, onlara qayğı göstərilməsinə, dərman və qida ilə təmin edilməsinə köməklik edirlər.

AzNews.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

9

AzNews.az