Facebook-un bundan sonra siyasi kampaniya ofislərinə əməkdaş göndərməyəcəyi bildirilib. Facebook-un bundan sonra siyasi kampaniya ofislərinə əməkdaş göndərməyəcəyi bildirilib.

Facebook-dan şok qərar - Bundan sonra...

Facebook-un bundan sonra siyasi kampaniya ofislərinə əməkdaş göndərməyəcəyi bildirilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Facebook siyasi kampaniya ofislərinə reklam kampaniyalarını inkişaf etdirməyə yardımçı olmaq üçün əməkdaş göndərməyəcəyini elan edib.

Facebook siyasi kampaniyalara əməkdaş göndərərək əyani dəstək vermək yerinə internet vasitəsilə bütün siyasi partiyalara pulsuz reklam təklifi edəcəyini bəyan edib. Digər yandan da kampaniya əməkdaşlarının reklam məsələsində internet dəstəyi almağa davam edə biləcəkləri bildirilib.

Siyasi kampaniyalara kütlələrlə əlaqə yaratmaq üçün xüsusi xidmət təklif edən Google və Twitter-dən bununla bağlı hələ ki bir açıqlma gəlməyib.

ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkilərini Facebook-un yardımı ilə qazandığı da bildirilir.

Malik LİFTİYEV
AzNews.az