Payız fəsli artıq Azərbaycana daxil olub. Payız fəsli artıq Azərbaycana daxil olub.

Azərbaycana payız gəldi

Payız fəsli artıq Azərbaycana daxil olub.

AzNews.az xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.

Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.

AzNews.az