Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

İnsanlar ən çox nədən ölür?

Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumat “MedicalXpress”in press-relizində yayımlanıb.

Mütəxəssislərin sözlərinə görə, spirtli içkilər dünyadakı 20 ölüm halından birinin səbəbi hesab edilir. Bildirilib ki, spirtli içkilər ürək-damar sisteminin pozulması, qaraciyər serrozu və xərçəng xəstəliyinə səbəb olmaqla yanaşı, sərxoş vəziyyətdə avtomobil idarəsi çox sayda qəzalarla nəticələnir.

Bundan başqa, spirt HİV, vərəm və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır. Ölüm hallarının 3/4 hissəsi kişilərdə müşahidə edilir.

ÜST-nin məlumatına görə, 237 milyona yaxın kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir.

AzNews.az