ABŞ Venesuela rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Venesuela rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ Maduronun xanımına sanksiya tətbiq etdi

ABŞ Venesuela rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar Venesuelanın 6 vətəndaşı və 3 şirkətininə şamil edilib. Onların ABŞ ərazisində bütün mülkiyyəti dondurulub, eyni zamanda həmin şəxslər və şirkətlərlə maliyyə əməliyyatlarına qadağa qoyulub.

ABŞ-ın "qara siyahısı"na düşənlər arasında Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores, ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges və müdafiə naziri Vladimir Padrino Lopes də var.

AzNews.az