Astana sakini yaşayış binasının onuncu mərtəbəsindən düşən altı yaşlı uşağı xilas edib. Astana sakini yaşayış binasının onuncu mərtəbəsindən düşən altı yaşlı uşağı xilas edib.

Onuncu mərtəbədən düşən uşağı xilas etdi

Astana sakini yaşayış binasının onuncu mərtəbəsindən düşən altı yaşlı uşağı xilas edib.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də baş verib.

Uşağı xilas edən 28 yaşlı Artyom Karev həmin binada doqquzuncu mərtəbədə yaşayır. O, səsə eyvana çıxdığını və üst mərtəbədə salanan vəziyyətdə uşağı gördüyünü bildirib. Uşaq aşağı düşəndə, A. Karev onu tuta bilib.

Uşaq xilaskarı ilə söhbət zamanı deyib ki, evdə tək olub və darıxdığı üçün həyətə düşmək istəyib. Qapı bağlı olduğundan ağcaqanad əleyhinə toru kəsərək aşağı düşməyə başlayıb və bu an hadisə baş verib.

Uşağın anası isə həmin vaxt binanın heyətində baş verənlərə tamaşa etməli olub. Qadının halı pisləşdiyindən qonşular təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalıblar.

AzNews.az