ABŞ prezidenti Donald Trampın BMT Baş katibliyində etdiyi çıxış salonda gülüşlə qarşılanıb. ABŞ prezidenti Donald Trampın BMT Baş katibliyində etdiyi çıxış salonda gülüşlə qarşılanıb.

Trampın çıxışı gülüş doğurdu - Video

ABŞ prezidenti Donald Trampın BMT Baş katibliyində etdiyi çıxış salonda gülüşlə qarşılanıb.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Trampın "ABŞ son iki ildə, mənim hakimiyyətim dövründə, çox böyük inkişafa nail oldu" sözləri salondakıların gülüşünə səbəb olub.

Tramp onun çıxşına edilən reaksiya haqqında "bu təpkiləri gözləmirdim", deyə qeyd edib.

Tramp çıxışında ABŞ-ın Şimali Koreya, Səudiyyə Ərənistanı, İordaniya ilə əlaqələri, Suriya, Yəmən və İrana yönəli siyasəti haqqında açıqlamalar verib.

İrana qarşı sanksiyaları gücləndirəcəklərini qeyd edən Tramp Bəşər Əsədlə bağlı bildirib ki, əgər Əsəd Suriyada kimyəvi silaha əl atsa ABŞ hərəkətə keçəcək.

AzNews.az