12:19
(077) 610-22-33

Azərbaycan faunası üçün yeni növ balıq aşkar edilib

  • >
416 2 Aprel 2013 14:06 | Maraqlı

Aznews.az Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan faunası üçün yeni iki növ balıqlar aşkar edilib. Çəkikimilər (Cyprinidae) fəsiləsinə aid yeni balıq növlərinə 2008-2012-ci illərdə daxili su hövzələrində ilk dəfə olaraq rast gəlinib. Yeni növün Amur enlibaşı (Pseudorasbora parva) və kilqarın (Hemiculter leucisculus) olduğu bildirilir.

Balıq növlərini Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev aşkar edib.

Ruhiyyə
Aznews.az

Bağla X