19:45
(077) 610-22-33

Yuxusuzluqdan necə qurtulmaq olar?

  • >
1 657 1 May 2013 10:35 | Maraqlı

Alimlərin araşdırmalarına əsasən, insan həyatının 1/3-ni yataraq keçirir. Lakin böyük şəhərin azğın tempi, stress və əsəb gərginliyi ürəyin düzgün fəaliyyətini, təbii biofəaliyyəti pozur ki, bu da sonda yuxusuzluğa gətirib çıxarır.

Yuxunun keyfiyyəti bir çox amillərdən asılıdır ki, bunlardan da başlıcası istirahət üçün ayrılan vaxtdır. İnsanların çoxu üçün 8-9 saat yuxu kifayət edir. Eyni zamanda, tarixdə elə qeyri-adi insanlar olub ki yuxuya çox az vaxt sərf ediblər. Misal üçün, Napaleon və I Pyotr orta hesabla sutkada 4 saat yatırdılar.

Yuxu vaxtları və onları müşayiət edən gündəlik axşam "mərasimləri" çox vacibdir. 1 fincan ətirli çay, rahatlaşdırıcı isti duş insanı müsbət emossiyalara kökləyir və xəyallar aləminə qərq olmağa kömək edir.

Yuxu haqqında başqa obyektiv faktlar da var: qarnı üstə yatmamaq, ancaq təbii materiallardan olan yataq paltarları almaq, gecə yarısı yatmaq və s.

Yaxşı yatmaq üçün axşam yatmazdan əvvəl otağın havasını dəyişmək, yaxşı yastıq və keyfiyyətli matras seçmək də vacibdir.

Mətanət
AzNews.az
Bağla X