06:52
(077) 610-22-33

Bir fincan qəhvə - 610 min dollar

  • >
295 15 May 2013 10:25 | Maraqlı

Amerikada “Apple” korporasiyasının rəhbəri ilə bir fincan qəhvə içmək üçün naməlum şəxs 610 min dollar verəcək



Belə bir şansı o, internetdə keçirilən hərracda əldə edib.

Korporasiyanın rəhbəri Tim Kukla söhbət 30 dəqiqədən bir saata qədər davam edəcək. Nəqliyyat və digər xərclər hərracı udan şəxs tərəfindən ödəniləcək.

Qeyd edək ki, 610 min dollarla başa çatan hərrac 50 dollardan start götürüb. Ümumilikdə Tim Kukla bir fincan kofe içmək istəyənlərdən 86 ərizə daxil olub. Bunlar əsasən "Apple" ilə əməkdaşlıq etmək istəyən və ya öz biznesini yaratmaq istəyən şəxslər olub.
Tim Kuk bu hərracdan əldə etdiyi vəsaiti Con Kennedi adına hüquq-müdafiə təşkilatının hesabına köçürəcək.

Xatırladaq ki, hərracın təşkilatçıları ötən il dünyanın ən varlı adamlarından biri olan Uorren Baffetlə naharı hərraca çıxarmışdı. O zaman da hərracda qalib gələn şəxsin kimliyi açıqlanmasa da o, bu nahara görə 3,4 milyon dollar ödəmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X