17:33
(077) 610-22-33

Dünyanın ən varlı insanı- Bill Qeyts

  • >
337 17 May 2013 08:18 | Maraqlı

Amerikanın "Microsoft" korporasiyasının banisi dünyanın ən zəngin insanı adını özünə qaytarıb



Trend-in məlumatına görə, bu barədə hər gün "Milyarderlər indeksi"ni yeniliyən "Bloomberg" agentliyi xəbər yayıb. Sonuncu dəfə Qeyts belə reytinqin ilk pilləsində 2007-ci ildə olub.

"Bloomberg"in məlumatlarına görə, kompyuter şirkətinin 57 yaşlı banisinin sərvəti ötən gün 72,7 milyard ABŞ dollarına çatıb ki, bu da ötən illə müqayisədə 10 milyard dollar çoxdur.
Bununla da Qeyts "Bloomberg"in versiyasına görə, dünyanın ən varlı insanları siyahısında ikinci yeri tutan meksikalı media maqnatı Karlos Slimi 550 milyon ABŞ dolları qabaqlayıb.

Cümə axşamı Nyu-York birjasında "Microsoft"un səhmlərinin dəyəri son 5 il ərzində rekord göstəriciyə çatıb. Agentlik vurğulayır ki, Qeyts sərvətinin dördə birini "Microsoft"a yatırıb, onunda böyük hissəsini "Cascade Investment" holdinqi idarə edir.

Qeyd edək ki, son illərdə Qeyts öz ailə xeyriyyəçilik fondunun fəaliyyətinə çox vaxt ayırır. O, bu məqsədlə fonda 28 milyard ABŞ dolları həcmində ianə verib.

AzNews.az
Bağla X