Kompüteri alan adam "Uzaq Şərq"dəndir və kimliyinin açıqlanmasını istəmir Kompüteri alan adam "Uzaq Şərq"dəndir və kimliyinin açıqlanmasını istəmir

Onun ilk kompüteri 671 min dollara satılıb

Kompüteri alan adam "Uzaq Şərq"dəndir və kimliyinin açıqlanmasını istəmir




Bu gün Almaniyada tarixi "Apple" kompüteri təxminən 670 min dollara satılıb. Artıq yeni sahibinə qovuşan "Apple-1" kompüterini "Apple" şirkətinin təsisçiləri Stiv Cobs və Stiv Vozniak 1976-cı ildə istehsal edib.

"İlk Apple" kitabının müəllifi Bob Lüter deyib ki, bu kompüter nadir nümunə olub. "Apple-1" kompüterindən cəmi 200 ədəd istehsal olunub və onlar Stiv Cobsun qarajında ərsəyə gəlib. Daha sonra "Apple" bu kompüterləri geri alıb, onları sıradan çıxartmaq üçün barter kampaniyası başlatmışdı.

Belə ki, bu gün bu kompüterlərdən yalnız 46 ədəd mövcuddur. Bu kompüter həqiqətən də texnologiyanın müqəddəs kasasıdır," - deyə müəllif bildirib.

Alman hərracı deyir ki, kompüteri 671 min 400 dollara alan adam "Uzaq Şərq"dəndir və kimliyinin açıqlanmasını istəmir.

AzNews.az