18:15
(077) 610-22-33

YouTube-a əlavələr olacaq

  • >
247 28 May 2013 18:30 | Maraqlı

Google Microsoft Windows Phone üçün YouTube əlavələri üzərində işləyir.




Microsoft bildirib ki, bu həftə yenilənmiş YouTube əlavəsini təqdim edib.

Lakin Google rəqibinin bütün tələbləri yerinə yetirmədiyini bildirib.

Öncədən Google şirkətinin Microsofta cəmi iki tələbi var idi: o videonu yükləyərək oflayn rejimində baxmağa imkan verirdi və eyni zamanda videodan öncə reklam çarxlarını ləğv edirdi. Microsoftda bildiriblər ki, Google şirkətinin ilkin şikayətindən sonra, reklamla bağlı problem aradan qaldırıldı, amma burada bir problem qaldı:

Google açıq şəkildə, istənilən YouTube əlavəsi tərtibatçısına videonu reklamsız göstərməyə imkan verən API təqdim edir. Hazırda Microsoftun əlavələri YouTube-dan kontent yükləməyə imkan vermir, lakin o, hələ də reklam göstərmir.

Microsoftun YouTube üçün hazırladığı ilk əlavə sadə işləyirdi: o, YouTube mobil versiyasını əks edirdi, ona tamekranlı baxmaq imkanı əlavə edirdi və bir az öncə baxılan videolar haqda məlumat əlavə edirdi. Google-da deyirlər ki, onların hazırladığı proqram versiyası, Google akkauntları ilə birləşdirilə biləcək tammiqyaslı əlavə olacaq, müvafiq olaraq istifadəçilər eyni əməliyyatları həyata keçirə biləcəklər və əlavə olaraq videoçarxlara şərh yaza biləcəklər.

Baxmayaraq ki, Google və Microsoft bir-birinə qarşı böyük loyallıq nümayiş etmirlər, bu dəfə onlar Windows Phone üçün YouTube əlavəsinin üzərində birgə işlədikləri haqda bəyanatla çıxış ediblər.//ICTnews//

AzNews.az
Bağla X