Alimlər şokaladın qadınlar tərəfindən çox sevilməsinin səbəblərini araşdırıb Alimlər şokaladın qadınlar tərəfindən çox sevilməsinin səbəblərini araşdırıb

Qadınların şokolad sevgisi - SƏBƏB

Alimlər şokaladın qadınlar tərəfindən çox sevilməsinin səbəblərini araşdırıb




Mütəxəssis Andrea Trankilli araşdırmanın sonucu olaraq qadınların şokoladdan asılılığının səbəblərini açıqlayıb.

Mütəxəssis 100 hamilə qadını araşdırmaya cəlb edib. Onlara eksperimentin başlamasına 90 gün qalmışa qədər şokolad yemək qadağan olunub. Daha sonra isə onlara şokolad verilib.
Qadınların bətnindəki dölün ananın qara şokolad yeməsindən 30 dəqiqə sonrakı hərəkətləri öyrənilib.

Eksperimentdə iştirak edən qadınlardan 46-nın körpəsi oğlan, 54-ü isə qız olub. Hər iki döl ananın şokolad yeməsinə reaksiya verib. Ancaq ana bətnindəki qızlar daha tez reaksiya verərək aktiv hərəkət etməyə başlayıblar. Ürək döyüntüləri artıb. Bu isə qızların beyninin şokolada daha tez reaksiya verməsi ilə əlaqələndirilib. Şokoladın tərkibində kakao nə qədər çox olarsa reaksiya da bir o qədər çox və tez olub.

Elnarə
AzNews.az