Gazzədə 7 ildə 11 uşaq dünyaya gətirən 21 yaşındakı gənc ana Nimet El-Bataş 14 yaşında evlənib. Gazzədə 7 ildə 11 uşaq dünyaya gətirən 21 yaşındakı gənc ana Nimet El-Bataş 14 yaşında evlənib.

21 yaşlı qadın 7 ildə 11 uşaq dünyaya gətirib

Gazzədə 7 ildə 11 uşaq dünyaya gətirən 21 yaşındakı gənc ana Nimet El-Bataş 14 yaşında evlənib.




Əvvəlcə 4 ildə dörd qız uşağı dünyaya gətirən ana oğlan anası olmaq arzusunu gerçəkləşdirmək istəyib.

Bu zaman isə biri qız, biri oğlan olmaqla əkiz uşaqlar dünyaya gəlib. 6 uşaqdan sonra daha ana olmaq istəməsə də, bu dəfə birdən-birə beşiz uşağa hamilə qalıb.

Ailənin iqtisadi durumu çətin olsa da, həkimlər 3 aylıq uşaqları abort etməkdən imtina edib və beləliklə beşiz uşaqlar dünyaya gəlib. İndi hər qutusu 15 dolara uşaq yeməyi almağa məcbur olan ailə 200 dolar əmək haqqı ilə 11 uşağa baxmaq məcburiyyətindədir.

Xatirə
AzNews.az