Yay həm də qida zəhərlənməsi mövsümüdür Yay həm də qida zəhərlənməsi mövsümüdür

Özümüzü zəhərlənmədən necə qoruyaq?

Yay həm də qida zəhərlənməsi mövsümüdür




Bu mövsümdə vətəndaşlar qida məhsulları alarkən ehtiyatlı olmalı və qidaların saxlanma qaydalarına riayət etməlidirlər.

Ancaq istehlakçılar bu qaydaları iqnor edirlər və nəticədə öz həyatlarını təhlükə altında qoyurlar.

Respublika Gigiena və Epidemiologiya mərkəzinin qida gigienası şöbəsinin rəhbəri İmran Abdullayev açıqlamasında deyib ki, qida zəhərlənmələri adətən yay aylarında müşahidə olunur.

Ərzaqların düzgün olmayan istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür hallardan qaçmaq üçün qidaların saxlanma rejiminə riayət olunmalıdır, mikrobların öldürülməsi məqsədi ilə termik emal həyata keçirilməlidir, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır.

Qida zəhərlənmələrinin əksəriyyəti ərzaqların düzgün saxlanılmadığı evlərdə baş verir.

"Misal üçün, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 353 qida zəhərlənməsi halı baş verib. Nəticədə 405 nəfər ziyan çəkib. Ən ağır qida zəhərlənməsi isə botulizmdir. Yanvar-aprel aylarında 14 belə hal qeydə alınıb ki, nəticədə 19 nəfər ziyan görüb. Ümumi qidalanma obyektlərində belə hallar qeydə alınmayıb", - o qeyd edib.//day.az//

AzNews.az