21:23
(077) 610-22-33

1,4 milyon dollarlıq məktub

  • >
328 23 İyun 2013 15:10 | Maraqlı

Corc Vaşinqtonun yazdığı 7 səhifəlik məktub hərracda satılıb


Amerikanın ilk prezidenti Corc Vaşinqtonun yazdığı bir məktub 1,4 milyon dollara satılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, prezidentin 1788-ci ildə yazdığı məktub "Kristes" hərrac evində satışa çıxarılıb.

Yeddi səhifəlik məktubu tarixi məktub kolleksiyaçılarından biri alıb. Adı açıqlanmayan kolleksiyaçı məktub üçün 1 milyon 443 min dollar ödəyib.

Corc Vaşinqton Con Armstronq adlı leytenanta yazdığı məktubda ABŞ konsititusiyası ilə bağlı fikirlərini yazıb.

Xatırladaq ki, daha öncə də Corc Vaşinqtonun 1787-ci ildə qohumuna yazdığı 4 səhifəlik məktub hərracda 3,2 milyon dollara satılmışdı.

AzNews.az
Bağla X