06:14
(077) 610-22-33

Çindən Londona velosipedlə gəldi

  • >
837 27 İyul 2012 13:44 | Maraqlı

Böyük Britaniyaya isə gəmi ilə çatıb

Bu günlərdə XXX Yay Olimpiya Oyunları ilə əlaqədar olaraq Londona minlərlə idman həvəskarı gəlir. Onların içərisində 57 yaşlı çinli fermer Çen Quanmin də var. Onun London yolçuluğu 2010-cu ildə yaşadığı kənddən başlayıb. Özü də velosipedlə. Çen üçtəkərli üstübağlı velosipedi ilə iki il ərzində 16 ölkədə olub. Fermer Tailanda daşqınlarla, Tibetdə qarla, Türkiyədə yağışlarla üzləşib. Çen Fransaya qədər quru yolla hərəkət edib. Böyük Britaniyaya isə gəmi ilə çatıb.
Maraqlıdır ki, bu səfərinədək fermer bir dəfə də olsun Çindən kənara çıxmayıbmış. Londona getmək həvəsi isə onda 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarından sonra oyanıb. Ən maraqlısı isə budur ki, çinli Londonla kifayətlənmək fikrində deyil. O, 2016-cı ildə Braziliyanın Rio-de-Jeneyro şəhərində baş tutacaq 2016-cı il olimpiadasına da velosipedi ilə yollanmaq niyyətindədir.

AzNews.az
Bağla X