04:55
(077) 610-22-33

Tanıdığınız və tanımadığınız Hökümə Qurbanova

  • >
842 2 Avqust 2012 14:04 | Maraqlı

O, öz həyatına da tamaşa kimi baxıb

"Şeyx Sənan"da Xumar, "Antoni və Kleopatra" da Kleopatra, "Od gəlini"də Solmaz və daha nələr. Teatrla az da olsa maraqlanan hər bir şəxs söhbətin faciə rolların mahir ifaçısı Hökümə Qurbanovadan getdiyini artıq bildi. Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 22-də Bakıda ziyalı ailəsində doğulub.1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Həmin il Konservatoriyasına daxil olaraq, iki il fortepiano sinfində təhsil alıb.Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb. Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib.Hökümə xanımın xırda-para epizodik rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib.


Həyatının sevgisi


Hökümə xanım ilk məhəbbəti ilə məktəbdə tanış olmuşdu. Fortapiana sinifində oxuyanda aralarında yaranan dostluq, sonradan məhəbbətə çevrilir. Elçilik zamanı anası Höküməni vermək istəmir. Səbəb isə oğlanın ailəsinin maddi vəziyyətinin ağır olması idi. Axı Hökümə Müslüm Maqamayevin bacısı qızı və ziyılı ailənin uşağı idi. Hökümə xanım isə ailəsinə: "Əgər mən ona getməyəcəyəmsə, deməli, başqa heç kimə "hə" sözünü məndən eşitməyəcəksiniz. Mən evdə oturub-qarıyacağam!"- deyir. Beləliklə, o, sevdiyi insanla ailə həyatı qurur. Bəs bu şəxs kim idi? Sonralar Azərbaycan Dövlət Dramn teatrını məşhur aktyoru Ələsgər Ələkbərov! Bu evlilikdən onların Nərgiz adlı qızları dünyaya gəlir. 1933-cü il yanvar ayında Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə (o dövrdə Kirovabad - red.) köçürüldü. Gənc ailə Bakını tərk edib, Gəncəyə getməli oldu. Yeni teatrın səviyyəsini qaldırmaq üçün şəxsən Abbas Mirzə Şərifzadə özü Bakıdan Gəncəyə gəldi. Elə həmin vaxt Hökumə xanımın istedadı bu nüfuzlu şəxsin gözündən yayınmır. Şərifzadənin Hökumə Qurbanovaya xüsussi diqqəti və onunla şəxsən məşq etməsi isə başqa problemlərə səbəb olur. Bu, Ələsgər Ələkbərovun qısqanclığı idi.Məsələ burasındadır ki, Hökümə xanım da həyat yoldaşını möhkəm qısqanırdı. Doğrudan da yaraşıqlı Ələskər Ələkbərov teatırdakı qızların diqqət mərkəzindəydi. Bütün bunların, qarşılıqlı qısqanclığın ardınca evdə ittihamlar, narazılıq, inciklik, küsüşmə halları olurı baş qaldırmışdı. Özü də belə hallar gün-gündən artırdı.

…Onlar elə həmin ilin oktyabrında - Bakıya qayıdan kimi boşandılar!

Ömrünün ikinci, üçüncü… baharları!


Aktrisa heç bir zaman rejissorların diqqətindən kənarda qala bilməzdi. Abbas Mirzə Şərifzadə, Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi ünlü rejissorlarla çiyin-çiyinə işləmiş aktrisa hər zaman onların diqqətini cəlb etməyi bacarıb. Bir müddət sonra o teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan Hökümə Qurbanova özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Günüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb.


Kleopatra!


Şəxsi həyatındakı "rəngarənglik" onun nüfuzuna və peşəkar fəaliyyətinə əlbəttəki, məfi təsir göstərir. Teatrda bir çox məhşur aktrisalarla (Nəcibə Məlikova, Ofeliya Məmmədzadə) olan kinli küsüşmələr, teatrdaxili intriqalar bu cür fitri istedadla zəngin bir aktrisanın dünya teatr və kino səhnəsinə çıxmasına imkan vermir.

Söz yox ki, bütün bu qalmaqallı həyatı, sevgi münasibətləri aktrisanın oynadığı misilsiz rollara heç bir xələl gətirmir, amma daha böyük zirvələr fəth oluna bilərdi. Baxmayaraq ki, onun 1964-cü ilə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antonio və Kleopatra" tamaşasında Kleopatra rolu zirvə hesab olunur.

Hökumə Qurbanova 17 iyun 1943- cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.


Qızını hökmünə qurban verən Hökümə Qurbanova!


Hökumə Qurbanova öz qızının sənətinin davamçısı kimi görürdü. Və bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətindəydi. Hətta qızının ailəsini dağıtmış olsa belə. Necə də olmasa, ananın sakit, ürəyiyumşaq qızı üstündə çox böyük təsiri, təzyiqi vardı.Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz "bəhrəsini" verir. Hökumə Qurbanova, hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır. Bundan sonra növbə çatır onun əsas arzusuna – Vəfanın aktrisalığına. Aktrisalığa gedən ilk yolsa, institutdan başlayırdı. Məhz ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir... O, anasından fərqli olaraq, ikinci dəfə ailə qurmasa da, sevir və sevilir. Sonsuz bir məhəbbətlə sevdiyi bu şəxs öz həmkarı idi. İlk dəfə "Məhv olmuş gündəliklər" tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşmışdılar. Sonradan isə tədricən həyatlarını, sevgilərini, hisslərini də. Onlar bir-birini çox təmiz, böyük və əsl məhəbbətlə sevirdilər. Amma nədənsə bu sevginin sonu olmur. Ailə qurmadılar... qura bilmədilər. İcazə vermədilər. Vəfanın anasımı, ya oğlanın ailəsimi? Bunu heç kim dəqiq bilmir.


Qızının ölmünə cəmi bir il dözə bildi


Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan bu Hökümə xanım yaşının ahıl çağında övlad itkisi yaşayır. Dövrün cavan aktrisalarından olan Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyinə düçar olur. Onun faciəvi və vaxtsız ölümü aktrisanı dünyasını təmamilə dəyişir. Və qızının ölümündən cəmi bir il sonra 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edir. Aktirisa Fəxri Xiyabanda dəfn olunub.


Səadət Abbaslı

AzNews.az

Bağla X