13:00
(077) 610-22-33

“Nu, poqodi!” haqqında bilmədiklərimiz

  • >
4 267 3 Avqust 2012 11:29 | Maraqlı

Cizgi filiminin çəklişlərinin dayandırılmasının əsl səbəbləri AzNews.az-da


Bir zamanlar kiçikdən böyüyə hər kəsin sevə-sevə seyr etdiyi cizgi film "Nu, poqodi!" bu günün özündə də unudulmayan əfsanədir. Sovet multiplikasiyanın ən gözəl əsəri "Nu, poqodi!" 1968-cil ildə ekranlara çıxdı. "Balacaları incitmə, yoxsa özün gülünc vəziyyətə düşərsən!" şüarı ilə ekranlara çıxan əsərin ideyası rejissor Vyaçeslav Kotenoçkiyə məxsusdur. O, satirik yazıçı Arkadi Xayt və Aleksandr Kurlyandski ilə düşüncələrini bölüşdü və qısa müddətdən sonra "Nu, poqodi"nin ssenarisi artıq hazır idi.


"SSRİ-nin əməkdar Canavarı"

Cizgi filmin baş rəssamı Svetozar Rusakov oldu. Canavarın qeyri-adi, məzəli yerişini isə rəssam Viktor Lixaçov hazırlayırdı, bəzi səhnələrin də isə rəssam Vladimir Krumin işləyirdi. Əvvəlcə əsəri uzatmaq istəmir, bir seiya ilə kifayətlənməyi düşünürdülər. Lakin cizgi filmin nümayişindən sonra müəlliflərə davamı ilə bağlı çoxlu məktublar gəlməyə başladı. Rejissor yeni bölümlərinin çəkilişini dayandırmaq istəsə də, hər dəfə tamaşaçıların təziqi ilə rastalşırdı. O dövrdə sevilməsinə baxmayaraq, film barədə müxtəlif tənqitlər də gəlirdi. Canavarın siqaret çəkməsi, küçədə tüpürməsi uşaqlara hansı tərbiyəni verdiyi barədə geniş müzakirələr olurdu.
Canavarın səsələndircisi Vladimir Vısoçskinin səsi bəyənilmədi. Səbəb isə hədsiz dərəcədə çirkin obraz yaratması idi. Anatoli Papanov isə bu obrazı yaratdı və gözəl səsləndirməyə görə sonralar zaraftla SSRİ-nin əməkdar Canavarı" adlandırılmağa başladılar. Dovşanın rolunu isə Klara Rumyanova səsləndirirdi.

Papanov öldü, səsi qaldı

16-cı bölümün çəkilişindəm sonra Papanov vəfat etdi. Bundan sonra rejissor filmin çəkilişini tamamən dayandırmaq qərarına gəldi. Ancaq studiyada Papanovun səsələndirdiyi lətifələr qalırdı, bu səsələrdən istifadə edərək 17 və 18-ci bölümlərin çəkilişinə start verildi. 1988-ci ildə canavar və dovşan Kotenoçkinə SSRİ Dövlət Mükafatını gətirdi. Bu obrazlar adının Memurarla Kitabına "Nu, Kotenoçkin, poqodi" kimi düşməsinə səbəb oldu. 18-ci bölümün hazırlanması isə uzun çəkdi və yalnız 1992-ci ildə ekranlara çıxa bildi.
2000-ci ildə mültfilmin əvəzsiz rejissoru,100-dən artıq cizgi film yaradıcısı 73 yaşlı Kotenoçkin vəfat etdi. Üstəlik Papanov və Rumyanova da həyatdan köçmüşdülər. Hamı mültfilmi bir də ekranlarda görməyəcəyini düşünürdü. Amma belə olmadı, bir sıra şirkətlər onların təsvirlərindən brend kimi istifadə etməyə başladılar. "Nu, poqodi" multfilminin müəllif hüquqlarını "Aqrotorq" şirkəti aldı. Bu şirkətin "Pyateroçka" mağazalar şəbəkəsi müəllifərin varislərindən onun hüquqlarını satın aldı və çəkilişlərin davam etdirilməsi məqsədilə "Kristmas films" adlı studiyaya yenidən sifariş verdi. 19 və 20-ci bölümlərin rejissoru Vyaçeslav Kotenoçkinin oğlu Aleksey oldu. Atası bu multfilmi hazırlayarkən, o hələ 10 yaşnda idi. Yeni filmin ssenari müəllifi isə köhnə mətnin ssenaristi Aleksandr Kurlyandski oldu. Canavarı parodiyaçı satirik İqor Xristenko, dovşanı isə Olqa Zvereva səsləndirdi. Məhz bu bölümlər Minskdə "Xəzan" adlı 8-ci beynəlxalq uşaq və gənclər kino festivalında mükafat aldı.

Qoca canavar və dovşan

Bir müddət sona rejissor Aleksey Kotenoçkin KİV-ə verdiyi müsahibələrində elan etdi ki, bir daha heç vaxt "Nu, poqodi!" multfilminin qəhrəmanları ekranlara çıxmayacaq. Hazırlanan bölümlərin əvvəlki effekltləri vermədiyini və mövzuların da müasir düşüncəylə səsləşmədiyini bildirdi. Formanın dəyişməyi isə ancaq gülünc vəziyyət yarada bilər. Çünki tamaşaçı dovşan və canavarı bu cür sevmişdi…

Səadət Abbaslı
AzNews.az


Bağla X