22:58
(077) 610-22-33

Üzünü dəyişən adam...

  • >
648 6 Avqust 2012 15:35 | Maraqlı

Turan Çolaq ciddi problemlə üzləşdi

Dünyada ilk dəfə Türkiyənin Antalya şəhərində tam əhatəli üz nəqli edildi. Ancaq əməliyyat keçirən Turan Çolaq çox keçmədi ki, dəyişikliyin acısını çəkdi. Belə ki, Turan Çolaq pulu bitdiyindən İzmirin Albalı qəsəbəsindəki ailəsindən pul istəyib. Ailəsi də bank hesabına 600 türk lirəsi göndərərək Turan Çolağa xəbər verib. Müalicəsi hələ də davam edən Turan Çolaq, üz nəqlini reallaşdıran həkimindən icazə alaraq pulu götürmək üçün bank şöbəsinə gedib. Bank işçisi isə Turan Çolağın şəxsiyyət vəsiqəsindəki fotoşəkllə özü arasında uyğunluq tapmayıb. Hətta bununla bağlı polisə xəbər vermək istəyib. Turan Çolaq üz nəqli olduğunu izah etməyə çalışıb, ancaq bankın əməkdaşı inanmayıb. Bank işçisi inanmadığından Çolaq internetdə onunla bağlı xəbəri göstərməli olub. Nəhayət, bank işçisi məlumatı təsdiqləyəndən sonra Turan Çolağın hesabındakı pulu ödəməyi qəbul edib.köhnə şəxsiyyət vəsiqəsindəki fotoşəkli səbəbiylə bankda çətin anlar yaşayıb. Qeyd edək ki, beyin ölümü reallaşan 19 yaşlı Tevfik Yılmazın üzü 35 yaşlı Turan Çolağa nəql edillib.

Səadət Abbaslı

AzNews.az


Bağla X