08:26
(077) 610-22-33

Bu gecə süni peyk Yerə düşəcək

  • >
724 10 Noyabr 2013 23:24 | Maraqlı


AzNews.az NTV - yə istinadən xəbər verir ki, bu gecə, Moskva vaxtı ilə 2 radələrində avropanın elmi - tədqiqat peyki GOCE Yerə düşəcək. Onun düşmə vaxtını xarici faktorlar dəyişə bilər. Peykin düşmə yeri Sakit okean akvatoriyası təxmin edilir. 25 illik kosmonavtika tarixində bu, ilk idarəolunmayan, özbaşına düşmədir.
Peykin ağırlığı 1.2 ton, qiyməti isə 455 mln.dollar olub, alman və italyan alim - mühəndislər tərəfindən qurulub. Peyk kosmosa 17 mart 2009 - cu ildə Rusiya kosmodromu Pleseçkdən göndərilib.

Aparat Yerin qravitasiya sahəsini , eləcə də onun okean cərəyanlarına təsirini, su tarazlığının dəyişməsini və iqlimi öyrənib. Buraxılandan iki il sonra ilk dəfə onun köməkliyi ilə alimlər Yerin dəqiq qravitasaiya xəritəsini çəkiblər.

Bu ilin oktyabr ayında peykin yanacaq bakında ehtiyat ksenon tükənib və aparat yüksəkliyi itirməyə başlayıb. Bu gecə qurğu tondan artıq çəki ilə atmosferin qalın qatlarına daxil olacaq. Düşən zaman çox güman ki, peyk tamamilə dağılacaq. Bəzi böyük olmayan tikələr planetin səthinə qədər çata bilər.

AzNews.az
Bağla X