Dağıntılar içərisində dalğalanan bayraq

Keçmiş millət vəkili Nazim Məmmədov "Facebook" sosial şəbəkəsində olduqca maraqlı və aktual olan şəkil paylaşıb. Şəkildə artıq dağılmaqda olan bir tikili əks olunur. Ən maraqlısı odur ki, tikilidə yeganə səliqəli görünən əşiya Azərbaycan bayrağıdır. Fotonun maraqlı olduğunu nəzərə alıb, AzNews.az olaraq bu tikilinin hansı rayonda yerləşdiyini və nə kimi fəaliyyət göstərdiyini öyrənmək üçün Nazim Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, Gədəbəy rayonunun Şınıx bölğəsinin Düzrəsullu kəndində olan bu binada ATS, kənd icra nümayəndəliyi və bələdiyyənın yerləşir: "Bu inzibati bina keçən əsrin 30-cu illərinə aid tikilidir". Keçmiş deputat bu bölgədə yerləşən digər bu tipli tikililər barədə 2008-ci ildən Nazirlər Kobinetinə müraciətlər etdityini bildirdi.

Səadət Abbaslı
AzNews.az

Copyright © 2024