Van Damm yenə heyrətləndirdi - VİDEO

53 yaşlı kinoaktyor Jan Klod Van Damm bədən quruluşu və gücü ilə bütün dünyanı özünə heyran qoyub. ANS PRESS-in məlumatına görə, sevilən aktyor yeni reklam çarxına çəkilib. Sənətçi özünün məşhur şpaqatını bu dəfə iki hərəkət edən yük maşını arasında edib. Aktyor çarxda "Volvo"nun iki yük maşınının güzgüsü üzərində dayanır.

Daha sonra avtomobillər arxa istiqamətdə hərəkətə başlayır və getdikcə bir-birindən aralanır. Bu zaman 53 yaşlı Van Damm "şpaqat" fəndini yerinə yetirir.

Reklamın məqsədi Volvо Dynamic Steering yük maşınlarının dəqiq idarə olunması və düzgün hərəkət etməsini nümayiş etdirmək olub. Qeyd edək ki, bu çarx sosial şəbəkəyə yükləndikdən sonra bir neçə gün ərzində 5 million izləyicini keçib.




AzNews.az