- Köhnə - Maraqlı
- 21 Noyabr 2013 15:29
- 3 175
Dünyanın 1 dəqiqəsi; nələr baş verir?
Siz bu xəbəri oxuyarkən bir dəqiqədə dünyada nələr baş verdiyini bilirsinizmi?
250 körpə doğulur. Onlardan 11-i aclıq şəraitində, 15-i isə şikəst dünyaya gəlir.
ABŞ-da məşhur televiziya jurnalisti Oprah Vinfrey 523 dollar qazanır.
Dünyada orta hesabla bir nəfər 0.013 dollar pul qazanır. Böyük geyim markaları 36 min 505 dollar qazanır. Dünyada 360-a yaxın ildırım çaxır.
5 zəlzələ olur.
9 adam QİÇS -ə yoluxur.
107 insan həyatını itirir.
18 insan aclıqdan ölür.
165 min 235 barrel neft işlədilir.
380 qadın hamilə qalır. Bunların 190-ı arzuedilməz hamiləlik olur.
1 qadın doğum əsnasında həyatını itirir.
"Youtube"a ümumi 30 saatlıq video yüklənir.
100 min tweet atılır.
"Google"da 2 milyon axtarış aparılır.
277 min nəfər "Facebook"a daxil olur.
"Amazon" da 83 min satiş olur.
"Wikipedia"ya 6 yeni məqalə daxil edilir.
47 min oyun, proqram və s. yüklənilir.
Rəhim Qədirov
AzNews.az