Qiyamətə 100 gün qaldı?!


Norveç alimlərinin mülahizələrinə görə dünyanın sonu yaxınlaşır.

AzNews.az-ın məlumata görə, Norveç Vikinq İnstitutunun əməkdaşı Daniel Daqlan vikinq əfsanələrinə görə dünya 2014-cü il fevralın 22-də dağılacağını iddia edib.

Vikinq mifologiyasında "Ragnarok" olaraq bildirilən qiyamət gününə 100 gün qaldığı da bildirilib.

Əfsanəyə görə, torpaq və səma zəhərlənəcək, bir boru səsi eşidiləcək və Tanrı son döyüşünü edəcək.

Mifologiyaya görə, bütün mövsümlər qışa dönəcək, dünyanı isə müharibələr bürüyəcək.

Elcan Məmmədov
AzNews.az