Yeniyetmə 4 gün dayanmadan bu oyunu oynayıb Yeniyetmə 4 gün dayanmadan bu oyunu oynayıb

“Modern Warfare 3” oyunu gənci xəstəxanalıq etdi

Yeniyetmə 4 gün dayanmadan bu oyunu oynayıb


ABŞ-ın Ohayo ştatının sakini 15 yaşlı yeniyetmə Tayler Riqbi "Modern Warfare 3" oyununu 4 gün ardıcıl olaraq oynadıqdan sonra onu xəstəxanaya yerləşdirmək lazım gəlib. Həkimlər ona susuzlaşdırma və yorğunluq diaqnozu qoyublar. AzNews.az "ICTnews.az"a istinadən xəbər verir ki, Taylerin xalası qeyd edib ki, yeniyetmə oyun arxasında uzun müddət vaxt keçirdikdən sonra özündə deyildi. O, bir anda döşəməyə yıxıldı və qalxa bilmədi. Xoşbəxtlikdən hər şey yaxşı qurtarıb. Həkimlər Taylerin sağalacağını bildiriblər, lakin yeniyetmənin anası artıq oyun konsolunu götürərək gizlədəcəyinə söz verib.


Mirvari

AzNews.az