16:32
(077) 610-22-33

Peykimiz Livan telekanallarının yayımına başladı

  • >
414 4 Dekabr 2013 08:04 | Maraqlı

Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə Livan televiziya kanallarının yayımına başlanılıb. Bu barədə "Azərkosmos" ASC-dən deyiblər.

ASC-dən deyiblər ki, hazırda Azərbaycanın "Azerspace/Africasat-1" peyki vasitəsilə yayımlanan telekanalların sayı 63 ədədə çatıb. Ümumi telekanallardan 8-i (AzTV, İctimai Televiziya, CBC, Xəzər, ANS, Mədəniyyət, İdman Azərbaycan, Azad Azərbaycan) yerli kanaldır.

Televiziya kanalları ilə yanaşı, peyk vasitəsilə 11 radiokanalın yayımı da həyata keçirilir.

ASC-dən deyiblər ki, "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq telekanalların sayı getdikcə artırılacaq. Hazırda TV kanallarının həm standart, həm də birbaşa yayımı həyata keçirilir.

AzNews.az
Bağla X