“Əgər siz yorulmadan işləyirsiz və öz hədəflərinizə çatırsızsa bir az oğurluq edə bilərsiniz" “Əgər siz yorulmadan işləyirsiz və öz hədəflərinizə çatırsızsa bir az oğurluq edə bilərsiniz"

Nazir işçilərinə oğurluq etməyə icazə verdi

“Əgər siz yorulmadan işləyirsiz və öz hədəflərinizə çatırsızsa bir az oğurluq edə bilərsiniz"


Hindistanın Uttar-Pradeş ştatının naziri Şivpal Yadav öz işçiləri ilə görüşündə onlara az qədər oğurluq etməyə icazə verdiyini deyib. Bu barədə "BBC News" Hindistan mediasına istinadən xəbər verib. "Əgər siz yorulmadan işləyirsiz və öz hədəflərinizə çatırsızsa bir az oğurluq edə bilərsiniz. Amma sizin bu hərəkətiniz soyğunçuluq həddinə çatmamalıdır" deyə nazir bildirib. Yadavın çıxışı Hindistan telekanallarından biri tərəfindən yayımlanıb. Yayımdan sonra nazir televiziya işçilərini ittiham edərək onun çıxışının mənasını montaj etdiklərini deyib. Nazir ştatda hakimiyyətdə olan Sosialist Partiyasının üzvüdür. Onun seçkiqabağı kampaniyada verdiyi sözlərdən biri isə korrupsiya ilə mübarizə aparmaq olub.


AzNews.az