05:02
(077) 610-22-33

4 ağ şir balası dünyaya gəldi - Zooparkda

  • >
2 462 11 Dekabr 2013 22:31 | Maraqlı

Tbilisi zooporkında 4 ağ şir balası dünyaya gəlib. Trend-in məlumatına görə, bu nadir cins heyvanların doğulması barədə məlumat zooparkın "facebook" səhifəsində yerləşdirilib.
Məlumatda deyilir ki, yeni doğulan şir balaları anaları "Kleopatra"dan ayrı yerə yerləşdirilib. Çünki "Kleopatra" təcrübəsiz olduğuna görə balalarına baxa bilmir. Üstəlik, qışın soyuğu da yeni doğulan heyvanlar üçün təhlükə törədir.
Hazırda balalar xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altındadırlar.
Qeyd edək ki, ağ şir cinsi təbiətdə nadir rast gəlinən heyvandır.


AzNews.az
Bağla X