08:57
(077) 610-22-33

“Dilmanc“ milli axtarış sisteminin əsasını qoydu

  • >
651 14 Dekabr 2013 08:03 | Maraqlı

"Dilmanc" proqram təminatı istehsalçısı milli axtarış sisteminin tərkib hissəsi olan axtarış kraulerini (crawler) yaradıb. Bunu "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.

Onun sözlərinə görə, axtarış krauleri istifadəçiyə Azərbaycan, rus və türk dillərində axtarışa verilən lazımi məlumatı tapmağa imkan verir.

Ə.Fətullayev bildirib ki, milli axtarış sisteminin müəyyən komponentləri hazırda artıq reallaşdırılıb və layihə zəruri maliyyələşdirmə əldə edildikdən sonra həyata keçirilə bilər:

"Layihənin həyata keçirilməsi üçün böyük texniki dəstək lazımdır. Hesablamalarımıza görə, ilkin versiyanı məlumatı saxlayacaq və hər gün indeksləşdirəcək bir neçə yüz personal kompüterin resurslarından istifadə etməklə işə salmaq mümkün olacaq".

Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) istismara verildikdən sonra layihə daha böyük aktuallıq qazanacaq. Onun vacib üstünlüklərindən biri regional trafikin (videokonfranslar, filmlər, oyunlar və s.) bilavasitə bu vahid şəbəkə daxilində saxlanılması olacaq.

"Dilmanc" rəhbəri hesab edir ki, buna görə də milli axtarış sistemi məlumatın yekun istifadəçiyə daha əlverişli qiymətə çatdırılmasında faydalı ola bilər.

AzNews.az
Bağla X