İlk Çin lunoxodu Aya endi

Çinin tədqiqat aparatı "Çane-3" Aya ilk enişini etdi. ANS PRESS-in məlumatına görə, bu barədə Çinin dövlət televiziyası bildirib.

"Çane-3" Göyqurşağı Körfəzinin kraterinə enib. Kosmik aparatın göyərtəsində "Nefrit dovşanı" adlanan ilk Çin lunoxodu yerləşir.

Çəkisi 100 kq-a yaxın olan bu qurğu Ayda ən azı üç ay işləməlidir. Bildirilir ki, aparat Aya həm də ÇXR-in bayrağını aparmalıdır.



AzNews.az