16:10
(077) 610-22-33

Ərəbistanda qadın şəhəri salınır

  • >
753 14 Avqust 2012 10:05 | Maraqlı


Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanında qadınların iş həyatını təmin etmək üçün şəhərlər salınacaq. Bu şəhərlərdə yalnız qadınlar işləyə biləcəkər. İdarəçilikdən tutmuş ən xırda işlərə qədər qadınlar tərəfindən icra olunacaq.

İlkin olaraq şəhər beş min qadın üçün nəzərdə tutulub. Şəhərin ölkənin şərqində Hofufda qurulduğu bildirilir. Qadınlar üçün kosmetika, qida, toxuculuq və sairə sahələrdə iş yerlərinin açılacağı planlaşdırılır.

Hazırda Səudiyyə Ərəbistanında qadınların yalnız 15%-i iş sahibidirlər. Ölkədə qadın və kişilərin eyni mühitdə işlədiyi yerlər isə çox azdır.


Səadət Abbaslı

AzNews.az


Bağla X