Naməlum Uçan Obyekt peyda oldu


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Krallığın aviasiya təhlükəsizliyi xidməti Airbus A - 320 sərnişin təyyarəsinin pilotunun verdiyi məlumat əsasşnda araşdırma aparır. Pilot məlumat verib ki, uçuş vaxtı onun idarə etdiyi təyyarə az qalıb ki, əvvəlcədən təyin edilməyən obyektlə toqquşsun.
Bu hadisə keçən ilin iyul ayında baş versə də gündəmə məhz indi çıxıb.
Komandirin ifadəsinə görə hadisə Xitrou beynəlxalq aeroportu rayonunda təyyarə 10 kilometr yüksəklikdə olan zaman baş verib.

Pilot: "Reqbi topuna bənzəyən naməlum uçan obyekt təyyarənin kabinəsinin bir neçə metrliyindəı peyda oldu. Bu gümüşü metallik rəngdə bir konstruksiya idi. Mən elə düşündüm ki, toqquşma qaçılmaz olacaq, çünki görüş o qədər anidən baş verdi ki, təyyarəni yana döndərmək üçün zaman yox idi. Toqquşma anında obyekt anidən yüksəkliyə qalxdı və yəyyarəyə toxunar - toxunmaz üstümüzdən keçdi".

Bu barədə araşdırmanı Airport Boart təhlükəsizlik xidməti aparır. Bu xidmət Böyük Britaniya hava məkanında təyyarələrə təhlükəli yanaşmalarla məşğul olur.

Əli
AzNews.az