Deputatların benzin israfı parlamentdə şok yaratdı

Qırmızı nömrəli avtomobillərin yanacaq sərfi hər kəsi şoka saldı. Türkiyə Böyük Millətlər Məclisinin komissiya sədrlərinin 1 illik benzin israfı türk parlamentinə 454 min YTL (252 min 748 $) başa gəlib.

Benzin rekordu AK Partiya Şanlıurfa millətvəkili Zeynəb Usludadır.

AzNews.az-ın məlumatına görə, onun xidməti avtomobilinin bir illik benzin məsrəfi 30 min 887 lirə olub.

İkinci yeri Ziyəddin Ağbulud 25 min lirəlik xərclə, üçüncü yer Nəbi Ovçu 24,6 min lirə, dördüncü yer Lütfü Əlvan 20 min lirə, beşinci yer Başkanvəkili Bilgic 15 min lirə. Geridə qalan məbləğ başqa parlamentarilər arasında o qədər böyük olmayan hissələrlə bölünür.


AzNews.az