Qadınları məcburi “gərdəyə“ salan - “Gərgədan“

Barlarda qadınlara saxta dərman satan 30 nəfər həbs olundu

Qadınlarda cinsi istəyi artırdığına görə gecə klubları və barlarda müştəriləri cəlb edən, Türkiyə və Avropanın 12 ölkəsində satılan "Gərgədan" adlı preparatla bağlı qalmaqal yaranıb. 20 dəqiqə ərzində qadınlarda cinsi istəyi artırdığı bildirilən "Gərgədan"ı satan şəxslər reklam hesabına qısa müddətdə külli miqdarda gəlir əldə ediblər. Saxta preparatdan istifadə edilməsi nəticəsində hətta ölüm faktlarının baş verdiyinə dair məlumatlar var. Preparatı alan 800 min nəfərlə bağlı telefon nömrələri, ünvanları da daxil olmaqla özəl məlumatlar əvvəl qaçaq yolla fəaliyyət göstərən məlumat mərkəzlərinə, daha sonra isə internetə düşüb. Beləliklə də saxta preparatdan istifadə edən minlərlə insan ifşa olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı artıq Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi, Səhiyyə Nazirliyi və RTÜK maliyyə polisi ilə bərabər araşdırmalara başlayıb. Məlumata görə, 9 şəhərdə 30 nəfər polis tərəfindən saxlanılıb. Əsasən radio proqramlarında reklamı aparılan preparatı istehsal edən şirkətin Ömər Hoca adlı şəxsə məxsus olduğu bildirilir. Lakin sonradan məlum olub ki, bu şəxs əslində şirkət sahibi yox, reklam oyunçusudur.

Elnur
AzNews.az