Ötən il ən çox qoyulan adlar- Siyahı

Azərbaycanda uşaqlara qoyulan adlar içərisində oğlan adlarından Yusif, qız adlarından Zəhra birinci yeri tutur.


"Media forum" saytı xəbər verir ki, 2013-cü ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 3501 nəfərinə Yusif, qız uşaqlarından 3303 nəfərinə Zəhra adı qoyulub.

Oğlan adları içərisində sonrakı yerlərdə Əli (2439 uşağa bu ad verilib), Hüseyn (2300), Ömər (1690), Məhəmməd (1643), Ayxan (1064), İbrahim (1063) gəlir. Oğlan uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.

Qız adları arasında ikinci yeri Nuray (2719), üçüncü yeri Fatimə (2552) tutur. Sonrakı yerlərdə Aylin (1742), Zeynəb (1596), Xədicə (1366), Mədinə (1159), Leyla (1103), Fidan (1099), Gülay (1015), Məryəm (1014) gəlir. Qız uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.

AzNews.az