Bankrot biznesmen milyonlar uddu


Xoşbəxt şəxs 20 il ərzində hər il 50 min dollar alacaq

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bankrot olmuş amerikalı biznesmenin əməlli başlı bəxti gətirib. O Massaçusets ştatında benzindoldurma məntəqələrindən birində 20 dollara işərisində uduş olan lotoreya bileti alıb. 50 min dollar udan şəxs milyonların sahibi olub. Uduşun qaydalarına görə ilkin olaraq 50 min dollar alandan sonra 20 il müddətinə o hər il 50 min dollar da alacaq.
Bankrot biznesmen ilk olaraq borclarını ödəmək fikrində olduğunu bildirib.

Əli
AzNews.az