23:13
(077) 610-22-33

Ayvazovskinin oğurlanmış əsəri könüllü geri qaytarıldı

  • >
831 31 Yanvar 2014 19:57 | Maraqlı


AzNews.az qırğız mətbuatına istinadən xəbər verir ki, yeni il ərəfəsində Bişkekdə görkəmli rus rəssamı İvan Ayvazovskinin Qırğızıstan milli incəsənət muzeyinin eksponatlarına daxil olan əsəri oğurlanıb.
Rəssamın 47 x53.5 ölçülü, 1866 - cı ildə yağlı boya ilə çəkilmiş və dəyəri 2 milyon som(40 min dollardan yuxarı) qiymətləndirilən "Krımın dəniz peyzajı" əsəri bir həftə əvvəl Bişkek qəzetlərindən birinin redaksiyasına naməlum adam tərəfindən qoyulub. Axtarılan oğru əsər geri qaytarılandan sonra müəyyənləşib. Məlum olub ki, bu əvvəllər məhkumluğu olmayan,Kant şəhər sakini 30 yaşlı F. Rafael olub. Rafael nəzarətçilərin qorumalı olduqları ərazini yiyəsis qoyaraq yeyib - içməklə məşğul olmalarından istifadə edərək əsəri cərçivədən çıxararaq qarnında gizlətmiş və heç bir maneə ilə üzləşmədən ərazidən uzaqlaşıb. O əsərin bahalı olmağından və nadir rəsm olduğundan xəbəri olmayıb. Rafael yalnız növbəti gün nə qədər bahalı bir oğurluq etdiyini televiziyadan öyrənib və bu məsuliyyətin altına girməməyi qərar verərək əsəri gizlincə redaksiyaya qoyub.
Onun beləı səmimi davranışını yüksək qiymətləndirən qırğız hüquq mühafizəçiləri Rafaeli həbs etməməyə qərar verib.

Azər
AzNews.az

Bağla X