11:43
(077) 610-22-33

Britaniya alimləri şok nəticələr ortaya çıxartdı

  • >
666 23 Avqust 2012 08:00 | Maraqlı

Artıq çəki ağıldankəmliyə gətirib çıxara bilər

Britaniya alimləri aydınlaşdırmışlar ki, artıq çəki insanın əqli qabiliyyətlərinə mənfi təsir göstərir. AzNews.az-ın Bi-Bi-Si-yə istinadən verdiyi məlumata görə, tədqiqatda yaşı 35-55 arasında olan altı min britaniyalı iştirak edib.

On il ərzində onlar üzərində müntəzəm olaraq yaddaş göstəriciləri, habelə əqli fəaliyyətin digər göstəriciləri üzrə testlər aparılıb. Artıq çəki problemləri və qeyri-sağlam metabolizm dəyişiklikləri müşahidə olunan tədqiqat iştirakçıları arasında testlərin nəticələrinin sürətlə pisləşməsi qeydə alınıb. Alimlər hesab edirlər ki, sağlam qidalanma, idmanla məşğul olma, siqaretdən imtina etmə və xolesterinin səviyyəsini nəzarətdə saxlama orta yaşlı insanın qocalıqda ağıldankəmlikdən yaxa qurtarmasına kömək edəcəkdir.

Ağıldankəmliyə tutulanların sayının artması (hazırda onların sayı təqribən bir milyon nəfərdir) o deməkdir ki, biz bütün ömrümüz boyu öz sağlamlığımıza qayğı və diqqətlə yanaşmalıyıq. Ekspertlərin təxmininə görə, əqli fəaliyyət göstəricilərinin pisləşməsi, çox güman, qanda şəkərin miqdarının və xolesterinin səviyyəsinin artması kimi hallarla bağlıdır.

AzNews.az
Bağla X