10:57
(077) 610-22-33

Peyğəmbərin freskası tanınmaz hala düşdü

  • >
779 23 Avqust 2012 19:30 | Maraqlı

İspanyanın məşhur kilsələrinin birində saxlanılan İsa Peyğəmbərin çox önəmli freskası 80 yaşlı qadının bərpa işləri nəticəsində tanınmaz hala gəlib. Freska19-cu əsrdə yazılmış İspan rəssamı Elias Garcita Martinezin "Budur insan" adlı əsərinə çəkilib.

Əsərin çatışmayan hissərlərini düzəltməyə çalışan Cecilia Gimenez adlı qadın rəssam freskanı elə bir hala salıb ki heç özü də tanımayıb. Məsələ ölkə ictimaiyyətinin gündəmindən düşmür. Yaşlı rəssam qadın isə bildirib ki, bundan Papanın xəbəri var və kilsəyə girən hər kəs bu əsəri görür: "Bunu gizli etməmişəm. Mənə göstəriş veriblər".

Hazırda ölkənin məşhur rəssamları freskanın necə bərpa olunacağı barədə müzakirələr aparır. Borja bələdiyyə sədiri Juan Maria de Ojeda isə bildirib ki, bu əsərin yenidən bərpası çox çətindir.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X