Nazir qatara necə düşdü?

2007-ci ildə Meksikada Mexiko-Akapulka qatarında qəribə insan peyda olur. Qorxudan rəngi ağarmış orta yaşlı bir kişi iddia edir ki, onun adı Xorxe De Balensiaqadır və o nazirdir. Bundan sonra o qəflətən yoxa çıxır. Bunu görən sərnişinlər maşinistə müraciət edirlər. Maşinist yerə düşən pero və pulqabını görənə qədər elə bilir ki, sərnişinlər zarafat edirlər.

Sübutları götürən sərnişinlərdən biri onu tarixçilərə göstərir. Tarixçilər isə pero və pulqabının XVIII əsrə aid olduğunu üzə çıxarır. Araşdırmaçılar Xorxe De Balesiaqa haqqında məlumatı o dövrün yepiskopunun əlyazmalarında tapırlar. Yepiskop yazır: "Deyəsən, nazir De Balesiaqa dəli olub.

O gün danışırdı ki, bir həftə əvvəl mərkəzi meydanda qarşısına ilana bənzər, od püskürən böyük bir ekipaj (red. böyük qaz balonu) çıxıb. Birdən birə özünü o ekipajın içində, qəribə geyimli şeytan qullarının arasında tapıb. Sonra isə birdən-birə başqa bir küçəyə düşüb"
Yepiskopun sözünə görə nazirə nə dua, nə də cadu kömək edir və o ömrünün sonunacan özünə gəlmir.

Bahadur
AzNews.az