09:14
(077) 610-22-33

“Oskar“ mükafatına layiq görülənlər- Siyahı

  • >
1 255 3 Mart 2014 08:43 | Maraqlı

ABŞ-ın Los-Anceles şəhərində ənənəvi "Oskar" mükafatlarının təqdimat mərasimi olub. Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi, bu il 86-cı olan mərasimdə 24 nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb.

Təntənəli mərasim "Hollywood and Highland" əyləncə mərkəzinin "Dolby" teatrının səhnəsində idi. Milli.Az ABC-yə istinadən bildirir ki, italyan rejissor Paolo Sorrentinonun "Böyük gözəllik" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib gəlib.

"Cazibə qüvvəsi" kosmik dramının xüsusi effektlərini hazırlamışh komanda "ən yaxşı xüsusi effektlər" nominasiyasının qalibi olub. Kinorejissor Morqan Nevillin "Ulduz olmağa 20 fut qalmış" sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyasında bütün rəqibləri üstələyib.

Danimarkalı Anders Valterin "Helium" filmi "Ən yaxşı qısametrajlı bədii film" adına layiq bilinib. Dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri "Oskar"lar aktrisa Encela Lendsberi, aktyor Stiv Marin və kostyumçu Pyero Toziyə verilib. Cin Herşolt adına humanitar mükafat isə Ancelina Coliyə təqdim olunub.

Mərasimin aparıcısı Ellen DeCeneris "Arxa planda ən yaxşı kişi rolu" nominasiyasında "Oskar"ın aktyor Cared Letoya çatdığını bildirib. Aktyora mükafatı aktrisa Enn Heteuey təqdim edib. "Arxa planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi "Köləliyin 12 ili" filmindəki rolu ilə aktrisa Lupita Nionqo olub.

"Böyük Qetsbi" filmi "Ən yaxşı kostyum dizaynı", "Dallas alıcılar klubu" lenti "Ən yaxşı qrim" nominasiyasında qalib gəlib. "Disney" studiyasının çəkdiyi "Frozen" ("Soyuq ürək") multfilmi "Ən yaxşı animasiya filmi" nominasiyasında "Oskar" alıb.

"Cazibə qüvvəsi" filmi "Ən yaxşı səs", "ən yaxşı səs montajı", "Ən yaxşı operator işi" və "Ən yaxşı montaj" nominasiyalarında da "Oskar" alıb.

"Oskar" mükafatlarının təqdimat mərasiminə hamilə aktrisa Oliviya Uayld əri Ceyson Sudeykislə birlikdə qatılıb. Aktrisa Cennifer Lourens qırmızı xalıda yıxılıb.

Mərasim Amerika Kino Sənəti Akademiyasının təşkil etdiyi təntənəli balla başa çatacaq. Bala ənənəvi olaraq qaliblərlə yanaşı, mükafat ala bilməmiş qonaqlar da qatılır. Bu dəfə balda 1500 qonağın olacağı gözlənilir. "Ən yaxşı rejissor" nominasiyasında "Cazibə qüvvəsi" filminə görə Alfonso Kuaron qalib gəlib. Onun rəqibləri Devid O.Rassel("Amerikansayağı fırıldaq"), Stiv Makkuin ("Köləliyin 12 ili"), Aleksandr Peyn ("Nebraska") və Martin Skorseze ("Uoll-Strit canavarı") idilər.

"Cazibə qüvvəsi" filmi "Ən yaxşı musiqi", "Ən yaxşı vizual effektlər", "Ən yaxşı operator işi", "Ən yaxşı səs" və "Ən yaxşı səs montajı" nominasiyalarının qalibi olub.

Aktrisa Keyt Blanşett kinorejissor Vudi Allenin "Yasəmən" filmindəki baş roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" alıb.

"Ən yaxşı aktyor" nominasiyasında "Dallas alıcılar klubu"ndakı baş roluna görə aktyor Mettyu Makkonehi qalib gəlib.

AzNews.az
Bağla X