Xristianlığa aid ən qədim izlər üzə çıxdı - Foto

Qüds şəhərində arxeoloji-qazma işləri aparan alimlər 1-ci əsrdə inşa edilmiş bir sərdabədə xristianlığa aid fiqurlardan olan rəsm və yazılar aşkarlayıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, sərdabədəki "sümük qutuları" adlı daş sarkofaqlardakı təsvirlərin Qüdsdə xristianlığa aid ən qədim izlər olduğunu aşkarlayıb. Arxeoloqlar məzarlığı uzaqdan idarə olunan robot kamera ilə araşdırıblar. Əhəng daşından hazırlanmış sarkofaqlardan birinin üzərində yunanca "Müqəddəs Tanrım, qaldır, qaldır" yazısı, digər qutuda isə ağzında Yunis peyğəmbəri tutmuş bir balıq rəsmi varmış. Bu rəsmlərin Qüdsdə ilk xristianlar tərəfindən çəkildiyi söylənib.


AzNews.az