14:03
(077) 610-22-33

Süni ürəklə iki aylıq həyat

  • >
1 068 4 Mart 2014 19:34 | Maraqlı

2013-cü ilin dekabr ayında dünyanın ilk tam avtonom süni ürəyi taxılmış pasient bu günlərdə Fransada dünyasını dəyişib.

Onun həyatı transplantasiyadan 65 gün sonra dayanıb. Əməliyyat Parisin Jorj Pompidu adına xəstəxanasında gerçəkləşdirilib. Əməliyyata qədər pasient ürək çatışmazlığından böhran vəziyyətində olub. Yeni ürək taxıldıqdan sonra o sürətlə sağalıb və tezliklə süni nəfəs aparatından xilas olub.

Onun köçürülmüş süni ürəyi tanınmış professor Alen Karpantye hazırlayıb. Onun modelinin unikallığı ondadır ki, fiziki yüklənmənin intensivliyinin dəyişməsi zamanı funksiyalara kənardan müdaxiləyə ehtiyac olmur.

Bu, 900 qramlıq ürəyin geniş istifadəsinə mane olan əsas amil bahalı qiymətidir. Qeyd edək ki, belə ürək 80 min avroya başa gəlir. Keçirilmiş əməliyyatın ümümi qiyməti isə 120 min avro olub.(ANS)
Bağla X