14:52
(077) 610-22-33

“Dünyanın xilaskarı” 80 milyon dollara satılıb - FOTO

  • >
1 312 4 Mart 2014 20:29 | Maraqlı

2011-ci ildə Leonardo da Vinçiyə aid olduğu müəyyən edilən "Dünyanın xilaskarı" (Salvator Mundi) əsəri fərdi qaydada 75-80 milyon dollara satılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "The New York Times" qəzetinin "ArtsBeat" bloqunda londonlu art-diler Entoni Kriçton-Stüarta istinadən bildirilib. Art-diler satışın təfsilatlarından danışıb.

Qəzetin məlumatına görə, alqı-satqı 2013-cü ili may ayında "Sothebys" hərrac evinin himayəsi altında gerçəkləşdirilib. Əsər mülkiyyətçilər konsorsiumu tərəfindən satılıb. Onların sırasında Nyu-York art-dilerləri Aleksandr Periş və Robert Saymon da olub. Əsəri alan kolleksionerin adı isə açıqlanmır.

Eni 47 sm və uzunu 66 santimetr olan əsər taxta lövhə üzərində yağlı boya ilə çəkilib. Onu dəfələrlə bərpa ediblər, buna görə tdə bir hissəsi ilkin görkəmini itirib. Bunun nəticəsində onu Covanni Boltraffionun əsərinin kopiyası sayırdılar. Bu rəssam Leonardonun şagirdi olmuşdu.

Ancaq Saymon və başqa sənətşünaslar tərəfindən aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, bu, "Dünyanın xilaskarı"nın orcinalıdır. 2011-2012-ci illərdə əsər London Milli Qalereyasında və Dallas İncəsənət Muzeyində nümayitş etdirilib.

Leonardo "Dünyanın xilaskarı" əsərini 1506-1513-ci illərdə Fransa kralı XII Lüdovikin sifarişi ilə çəkib.



AzNews.az
Bağla X