09:39
(077) 610-22-33

Zibillikdə timsah tapıldı

  • >
874 6 Mart 2014 22:29 | Maraqlı

Rusiyanın Sankt-Peterburq şəhərində süpürgəçilər Nil timsahının balasını aşkarlayıblar.

ANS PRESS-in məlumatına görə, timsah balasının uzunluğu yarım metr uzunluğundadır.

Heyvan dünən Vavilov küçəsində zibil meydançasında tapılıb. "Jilkomservis" şirkətinin işçiləri timsahı qumlu akvariuma qoyublar. Su ilə doldurublar, ətlə yedizdiriblər və o, canlanıb.

Leninqrad zooparkının əməkdaşları "Jilkomservis"in işçilərinə timsaha necə baxmağı öyrədiblər, amma onu geri götürməkdən imtina ediblər. Zooparkda bildiriblər ki, Nil timsahları 3-4 metrə qədər uzanırlar və onlara baxmaq çox çətindir. Hələ ki, timsah balası şəhərin abadlaşdırma idarəsinin baş direktorunun müavinin kabinetindədir. Zoopark yekun qərar verməyə söz verib.

Timsahın yaşının 3-4 gün olduğu deyilir. Ehtimal edilir ki, onu Peterburqa yumurtada gətiriblər. Mümkündür ki, onu dəvəquşu yumurtası ilə qarışıq salıblar.


AzNews.az
Bağla X