18:58
(077) 610-22-33

İnternet bu otaqda yaranıb - FOTO

  • >
1 345 7 Mart 2014 14:48 | Maraqlı

1957-ci ildə Sovetlər Birliyi Yerin ilk süni peykini kosmosa buraxandan sonra ABŞ-ın Müdafiə Nazirliyi müharibə olarsa ölkənin etibarlı informasiya ötürülməsi sisteminə ehtiyac duyacağını bəyan edib.

Nazirliyin nəzdindəki Perspektiv Müdafiə Elmi-Tədqiqat İşləri Agentliyi (DARPA) bunun üçün kompüter şəbəkəsinin yaradılmasını təklif etdi. Tapşırığı Los-Anceles Universiteti, Stenford Tədqiqat Mərkəzi, Yuta Universiteti və Santa-Barbaradakı Kaliforniya Universiteti aldılar.

Dünyanın ilk kompüter şəbəkəsi yaradıldı, ARPANET (Advanced Research Projects Agency Network) alandırıldı və 1969-cu ildə bu layihənin çərçivəsində şəbəkə 4 universiteti birləşdirdi. İşləri ABŞ-ın Müdafiə Nazirliyi maliyyələşdirirdi. Daha sonra ARPANET sürətlə inkişaf etməyə başladı, müxtəlif sahələrdə çalışan alimlər ondan yararlanmağa başlandı.

ARPANET-in ilk serveri 1969-cu ilin sentyabrın 2-də Los-Ancelesdəki Kaliforniya Universitetində quraşdırılmışdı. Honeywell DP-516 kompüterinin cəmi 24 kilobaytlıq operativ yaddaşı vardı.

1971-ci ildə şəbəkə ilə elektron poçt yollamağın ilk proqramı hazırlandı və dərhal populyarlaşdı.

1973-cü ildə transatlantik telefon kabeli vasitəsilə Britaniya və Norveçdəki təşkilatlar da ARPANET-ə qoşuldular, şəbəkə beynəlxalq oldu.

1970-ci illərin sonlarında aktiv istifadə edilən elektron poçtun 1982-1983-cü illərdə vahid standartları yaradıldı, şəbəkə protokolu meydana
gəldi.

1983-cü ilin yanvarın 1-də ARPANET şəbəkəsi NCP protokolundan indi də istifadə olunan TCP/IP protokoluna keçdi.
Elə həmin il ARPANET internet adlanmağa başlandı.

Milli.Az bildirir ki, 1969-cu ilin oktyabrın 29-da bir-birlərindən 640 km aralıda olan iki təhsil məkanı - Los-Ancelesdəki Kaliforniya Universiteti (UCLA) və Stenford Tədqiqat İnstitutu (SRİ) arasında rabitə seansı oldu. Çarli Klayn Los-Ancelesdə şəbəkə vasitəsilə Stenforddakı kompüterə girə bildi.

Uğurlu daxil olunmuş hər simvolu onun Stenforddakı həmkarı Bill Düvall telefonla təsdiqləyirdi.

İlk dəfə cəmi 3 simvol - LOG göndərilmişdi.

İnternet vasitəsilə ilk göndəriş UCLA-dakı 3420 saylı otaqda olmuşdu.

AzNews.az
Bağla X