20:22
(077) 610-22-33

Azerbaycan Mantenoqrada kurort tikir

  • >
1 652 9 Mart 2014 09:01 | Maraqlı

Adriatik dənizi sahillərində keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurortun tikintisi üzrə Azərbaycan-Monteneqro birgə layihəsinə start verilib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 500 milyon avro dəyərindəki layihəni hazırlayan "Azmont Investments" şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etmək niyyətindədirlər.

Onun sözlərinə görə, bu layihə sayəsində Azərbaycandakı investorlar indi bilirlər ki, Monteneqro hökuməti ölkədə rahat investisiya mühitini təmin edib: "Deməli, bu layihədən sonra digərləri də olacaq".

Monteneqronun Baş naziri Milo Cukanoviç bildirib ki, mövcud layihə və Azərbaycanla ikitərəfli münasibətlər ümumilikdə Monteneqro üçün olduqca önəmlidir: "İnvestorların əksəriyyəti qlobal iqtisadi enişin bitməsi ilə bağlı gözləmə mövqeyi tutduğu zaman ikitərəfli yaxşı əlaqələr meydana çıxmağa başladı".

Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq.

Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda "Orjenski" kazarma sahəsini 90 il icarəyə götürəcək. İcarədar Monteneqroda şirkət yaratmaq hüququna malikdir. İcarə müqaviləsi üzrə bütün hüquq və öhdəliklər şirkətə təhvil veriləcək. Şirkət bütün öhdəliklər üzrə tam cavabdehlik daşıyacaq.

İcarədar icarə müddətinin ilk 4 ili ərzində kurortların inkişafına ən azı
52 milyon avro investisiya yatırmalı və ya ilk 8 ildə ümumilikdə 258 milyon avro investisiya qoymalıdır.

Fiksasiya edilmiş icarə haqqı ilk 45 ilə görə əvvəlcə ödəniş formasında təqdim oluncaq.

52 milyon avro həcmində investisiya yatırımının birinci mərhələsi yekunlaşdıqdan sonra icarədar müqavilə üzrə bütün maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olan üçüncü tərəfə kontraktı verə bilər. ARDNŞ eyni şərtlər əsasında icarədarlar qismində yerli şirkətlərin öhdəlikləri üzrə zəmanətlərdən azad oluna bilər.

AzNews.az
Bağla X